Paşinyan Boltonun istefasından Trampla yaxınlaşmaq üçün istifadə etməyə çalışacaq 

Paşinyan Boltonun istefasından Trampla yaxınlaşmaq üçün istifadə etməyə çalışacaq 
16:40 19-09-2019 | icon 112

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynovla müsahibə:

- Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında iştirak edəcək. Paşinyan uzun müddətdir ki, ABŞ Prezidenti Donald Trampla görüşmək üçün can atır. Amma erməni Baş nazirin ABŞ-a səfər proqramında bu görüş nəzərdə tutulmayıb.

Paşinyan, çox güman ki, Birləşmiş Ştatlarda Yerevana siyasi və maliyyə dəstəyi məsələlərini müzakirə edəcək. Çünki Paşinyan Ermənistanın Vaşinqtondakı səfirnin fəaliyyətindən narazıdır. Yerevan və Ağ Ev arasındakı hazırkı münasibəti necə xarakterizə edərdiniz?

- Ermənistanın Baş naziri və onun ətrafı özlərini Qərbyönümlü komanda kimi təqdim edir. Bununla yanaşı, dərk etmək lazımdır ki, Ermənistandakı inqilab və Paşinyanın hakimiyyətə gəlməsinin arxasında, əsasən, Avropanı təmsil edən qüvvələr dayanmışdı. Yəni əgər biz bugünkü erməni hakimiyyətinin Qərbyönümlü olduğunu deyərkən, anlamalıyıq ki, Paşinyan və komandası ilk növbədə bizim regionda bəzi Avropa dövlətlərinin maraqlarına xidmət edirlər.

Təbii ki, bu, Rusiyada narazılığa səbəb olur. Amma bu başqa mövzudur. Vaşinqtonda da Paşinyan və ətrafına etibar etmirlər. Ağ Ev rəhbərinin hələ də Paşinyanı yaxına buraxmaması bunu sübut edir. ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton Yerevanın ünvanına çox sərt ifadələr işlətdi.

- Amma Ermənistan nə Rusiyadır, nə İran, nə də Çin. Boltonun Yerevan və Vaşinqton arasında münasibətlərin inkişafı əleyhinə çıxmasının səbəbi nədir?

- Bolton neft ehtiyatları olan ölkələrə maraq göstərən komandanın nümayəndəsidir. O, siyasətçidir, enerji daşıyıcılarının tranziti ilə məşğul olan ölkələrdə ABŞ maraqlarını müdafiə edən şəxsdir. Buna görə də Boltonun Azərbaycanla münasibətləri çox yaxşıdır.

O, regiona bələddir və bu da amerikalı siyasətçilər arasında nadir hallarda olan hadisədir. Vaşinqtonun Bakı ilə yaxınlaşmasının, Ermənistan və hansısa onun layihələrinə görə Amerika-Azərbaycan münasibətlərini qurban verməmək fikrinin tərəfdarı məhz Boltondur.  

Yerevanın ünvanına sərt fikirləri digər amerikalı siyasətçilər də səsləndiriblər. ABŞ-ın rəsmi nümayəndələri tərəfindən Ermənistana ümidverici səfərlər olmayıb. Və ya regiona səfər edən amerikalılar Yerevana səfər etməyiblər. İndi Bolton istefaya göndərildikdən sonra vəziyyət dəyişib. Buna görə də hələ məlum deyil ki, Tramp regionda siyasətini kimin vasitəsilə diqtə edəcək.

Eyni məsələ Ermənistana da aiddir. Çox güman ki, Paşinyan və onun arxasındakı güclər buna ümid edir. İstisna deyil ki, Paşinyan BMT Baş Assambleyası çərçivəsində Tramp və onun ətrafı ilə münasibətləri normallaşdırmağa çalışacaq. Təbii ki, onun məqsədi ABŞ-ın siyasi və iqtisadi dəstəyini əldə etməkdir.

- Yuxarıda Paşinyanın hakimiyyətə gəlişinə bir sıra Avropa dövlətlərinin kömək etdiyini bildirdiniz. Bunlar hansı ölkələrdir?

- Konkretləşdirsək, ilk növbədə katolik dünyası ölkələrini, yəni İtaliya və Fransanın adını çəkmək istərdim. Ermənistanda inqilabi proseslərə və Nikolun hakimiyyətə gəlməsində əsas rolu Vatikan oynayıb. Qəribə də olsa, Katolik Kilsəsindən gedir. Daha doğrusu, Paşinyanın ideoloji müəllimi, Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarqsyanın kürəkəni Mikael Minasyanın rolu var. İnqilabdan sonra o, istefaya getdi.

Təbii ki, Paşinyan və ətrafı, onun Nazirlər Kabineti, əsasən, Soros Fondunun xətti ilə təhsil alan insanlardan ibarətdir. Açıq-aydın görünür ki, Sorosun Avropadakı layihələri ilə əlaqəli insanlardır. Buna görə də biz Qərbin regionda maraqlarından danışırıqsa, söhbətin Avropa dairələrindən getdiyini dəqiqləşdirməliyik.

- Oktyabrın 1-də Rusiya Prezidenti Vladimir Putinin Ermənistana səfəri gözlənilir. Məlumdur ki, bu səfər bir neçə dəfə təxirə salınıb. Paşinyan Putinlə danışıqlarda uğurlu nəticəyə ümid edə bilərmi? Hansı faktorlar buna mane ola bilər?

- Moskva və Yerevan arasında bu gün çox da sadə olmayan münasibətlər var. Boltonun vəzifədən uzaqlaşdırılması və Paşinyanın Nyu-Yorka səfərinin nəticələrinə əsasən, Amerika-Ermənistan münasibətlərində dəyişikliyin olacağı ehtimalına görə Rusiya əlavə ehtiyat edir.