Azərbaycanlı plastik cərrah Türkiyədə həbs edildi - FOTO

Azərbaycanlı plastik cərrah Türkiyədə həbs edildi - FOTO
15:30 18-09-2019 | icon 107

38 yaşlı azərbaycanlı plastik cərrah Elnarə Məmmədova Türkiyədə polis tərəfindən saxlanılıb. 

milletinsesi.info xəbər verir ki, Hakkari Dövlət Xəstəxanasında işləyən E.Məmmədova rüşvət almaqda ittiham edilir. 

Məlumatlara görə, 2017-ci ildən bu xəstəxanada plastik cərrahiyə ilə məşğul olan qadın səkkiz xəstəxandan müxtəlif məbləğlərdə pul tələb edib. 

E.Məmmədova haqqında araşdırma başlanılıb. 

Qeyd edilib ki, E.Məmmədova xəstələrin birindən 1500 türk lirəsi (təxminən 450 AZN - red.) alarkən ələ keçib.