Neftin qiyməti iki gündə 19 faiz artdı

Neftin qiyməti iki gündə 19 faiz artdı
05:45 16-09-2019 | icon 50

Səudiyyə Ərəbistanının neft ixracını ixtisar etməsi barədə xəbərlərdən sonra neftin dünya bazarında qiyməti 12% - 13% artıb.

RİA "Novosti” xəbər verir ki, qiymətlərin maksimum artımı 19% təşkil edib.

Məlumata görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 19,1% artaraq bir barel üçün 71,62 dollar təşkil edib.

WTI markalı neftin noyabr fyuçersləri 15,8% artıb və 63,47 dollara çatıb.

Xatırladaq ki, dünyanın ən böyük neft ixracçısı olan Səudiyyə Ərəbistanı neft obyektlərinə hücumdan sonra hasilatı 2 dəfə azaltmağa məcbur olub.