Qaxda yoldan çıxan maşın meşəyə girdi – FOTO

Qaxda yoldan çıxan maşın meşəyə girdi – FOTO
21:55 15-09-2019 | icon 50

Bu gün axşam saatlarında Qax rayonun ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qax - Qıpçaq avtomobil yolunda, rayonun Keşqutan kəndi ərazisində qeydə alınıb.

63 yaşlı Mircəlal Nəsrullayevin idarə etdiyi avtomobil yoldan çıxaraq meşəyə daxil olub və bir-neçə ağaca çırpılıb.

Xəsarət alan sürücü Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda onun muayinəsi aparılır.

Fakt araşdırılır.