“Toyota” aşdı: sürücü öldü

“Toyota” aşdı: sürücü öldü
14:40 12-09-2019 | icon 71

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb. 

Saatlı rayon sakini Mehdi Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman aşıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib. 

Faktla bağlı araşdırma aparılır.