Həbib Nurməhəmmədov vətənə dönüb

Həbib Nurməhəmmədov vətənə dönüb
10:55 12-09-2019 | icon 36

Dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov Mahaçqalaya qayıdıb. O, Əbu-Dabidəki turnirdən sonra vətəninə dönüb. Burada Nurməhəmmədov yüngül çəkidə UFC çempionu amerikalı Dustin Puaryeni məğlub edərək kəmər qazanıb.

Nurməhəmmədov hava limanında jurnalistlərlə söhbəti zamanı döyüşlə bağlı duyğularını bölüşüb və yaxın vaxtlarda respublika sakinləri - fanatları ilə görüşəcəyini bildirib:

“Sadəcə, bir çox insanın hava limanına gələrək ajiotaj yaratmasını istəmədiyimizdən uçuşu gecəyə saldıq. Ümumilikdə isə bir həftə sonra həmvətənlərimizlə yaxşı görüş keçirəcəyimizi düşünürəm”.