Mikroavtobusun vurduğu qadın xəstəxanada öldü

Mikroavtobusun vurduğu qadın xəstəxanada öldü
09:45 12-09-2019 | icon 29

Sumqayıtda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

milletinsesi.info-ın məlumatına görə, hadisə şəhərin 11-ci mikrorayon ərazisində qeydə alınıb. 

Sumqayıt sakini, 1965-ci il təvəllüdlü Rüstəmov Arzu Əfsər oğlu idarə etdiyi “FORD TRANZİT” markalı, 99 GR 708 dövlət qeydiyyat nişanlı mikroavtobusla axşam radələrində Bədəlbəyli küçəsində hərkətdə olarkən həmşəhərlisi, 1945-ci il təvəllüdlü Quliyeva Ədilə Beydulla qızını vurub. 

Qadın təcili olaraq Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılsa da, aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.