Boltonu 5 nəfər əvəz edə bilər

Boltonu 5 nəfər əvəz edə bilər
04:50 12-09-2019 | icon 50

ABŞ prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizəd var.

"RİA Novosti" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, beş nəfər həqiqətən bu vəzifəni tutmaq istəyirlər.

“Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır”, - deyə, Tramp bildirib.

O, əlavə edib ki, yeni müşavirin adı gələn həftə açıqlanacaq.