Arda Turan üzr istədi - FOTO

Arda Turan üzr istədi - FOTO
01:10 12-09-2019 | icon 40

Müğənni Berkay Şarkıcının ilk açıqlamasının ardınca Arda Turandan ildırım sürəti ilə üzr mesajı gəlib.

Berkay Şahinə xəsarət yetirib, burnunu qıram Arda Turan, bu gün sənədsiz silah saxlama və qəsdən sağlamlığa xəsarət yetirmə ittihamı üzrə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib. 

B.Şarkıçı furbolçunun həbsi ilə bağlı bunları dilə gətirib:

"Ondan heç bir maddi tələbimiz yoxdur. Təzminata da ehtiyac yoxdur. Üzr istəsin və məsələ bağlansın. Üzr istəyəndən sonra danışılmalı mövzu qalsa, kişi kimi oturub danışarıq. Məndən üzr istəməsin, buna ehtiyac yoxdur, biz özümüz onunla söhbət edib hər şeyi aydınlaşdrarıq, amma o bizim arzu etdiyimiz şəkildə üzr istəməlidir".

Berkayın ilk açıqlamasının ardınca Arda şəxsi "Instagram" hesabında üzrxahlıq mesajını paylaşıb.  Turan isə Berkaydan və onun həyat yoldaşından başqa hər kəsdən üzr istəyib.

"Kiminsə arvadına sataşmamışam. Sataşmaram da, bu mümkün deyil! Bunun müzakirə predmeti olması belə məni narahat edir" yazan məşhur futbolçu fikirlərini cəmiyyətə bu cür çatdırıb:

"Bütün ictimaiyyətə bəlli olan məhkəmə bu gün qərar çıxardı. Əvvəla üstümə atılan çirkin "kiminsə arvadına sataşmaq" iftirasını təmizləmək niyyətilə yol verdiyim ani səhvlərə görə ailəmdən, klubumdan, dostlarımdan və ən vacibi, məndən bu günə qədər nümunə götürmüş bütün qardaşlarımdan təkrar üzr istəyirəm. Bunu ən səmimi hisslərimlə deyirəm. Eyni zamanda, bu mərhələdə bəzi bəyanatlar verməyin də zəruri olduğunu duyuram. İnsan övladının qarşılaşacağı ən çətin vəziyyətlərdən birinin, belə bir böhtan, bu cür ağır və çirkin bir iftira qarşısında haqlı olduğunu sübut etməyə çalışmaq olduğunu öyrəndim. 

Adınıza, ailənizə böhtan ataraq alçaltmaqdan başqa bir şeyi düşünməyənlər qarşısında həqiqəti hayqırmağın bəzən yetərli və inandırıcı olmadığını yaşayaraq gördüm. Türk ədalətinin mühakiməsi və çıxarılan hökm ilk gün söylədiklərimi daha da təsdiq etdi. Müzakirəsindən belə narahat olduğum "kiminsə arvadına sataşmaq" cinayətini törətmədim. Törətmərəm də, mümkün deyil!

Bu gündən etibarən bütün ictimaiyyəti bu iddiaların ortaya atıldığı günlərdə söylənən, yazılan xəbərləri və məhkəməyə belə hörmət etmədən uzadılan hər mikrofona danışıb, bəyanat verənləri xatırlamağa dəvət edirəm. Hər kəsi bu hadisələrdən reklam vasitəsi kimi istifadə edənlərin kimliyi barədə düşünməyə dəvət edirəm. Allaha şükürlər olsun ki, türk ədaləti bu ağır ittihamların çirkin bir iftira olduğuna qərar verdi. O dövrdə mənə bu iftiranı atanları və buna ürəkdən sevinənləri, hətta məndən şübhələnən dostlarımı da öz vicdanları ilə təkbətək qoyuram".

Arda yazıb: "Özlərindən istəyəcəkləri üzr ümidvaram ki, bundan sonrakı həyatları üçün şərəfli bir başlanğıcın ilk addımı olar. Bütün bu yaşanan xoşagəlməz hadisələrə baxmayaraq, demək istəyirəm ki, insanlara və ədalətə olan inamımı heç vaxt itirməmişdim. Şübhəsiz ki, bu hadisələrdən dərs götürmüşəm. Bundan sonra çox çalışıb, yanımda olan ailəmi, xanımımı, klubumu və dostlarımı qürurlandırmaq ən böyük məqsədim olacaq. Son olaraq demək istəyirəm ki, mənim üçün ən vacib olan etdiyim səhvlərə görə aldığım cəzalar deyil, kiminsə arvadına sataşmaqla bağlı ittihamın üzərimdən götürülməsidir, bu mənada bəraət almağımdır. Başımı öz hüzurundan başqa heç kimə əydirməyən Allaha şükürlər olsun".

Qeyd edək ki, Arda Turan əyləndiyi məkanların birində Berkay Şahinin arvadına "necə gözəlsən, evli olmasaydım, səni əldən buraxmazdım" söyləyib. Bu sözləri eşidən Berkay ona: "Həyat yoldaşımı evə ötürüb qayıdacağam. Kişi kimi danışacağıq" deyə əsəbi şəkildə cavab verib. Daha sonra iki məşhurun arasında dava düşüb, futbolçu müğənninin burnunu sındırıb. Arda daha sonra Berkayın olduğu xəstəxanaya gedərək silahla atəş açıb.

Rəşad Əliyev