Mahir Emrelinin mənzili qarət olundu

Mahir Emrelinin mənzili qarət olundu
18:50 11-09-2019 | icon 49

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Emrelinin mənzili qarət olunub.

Məsələ ilə bağlı milletinsesi.info-ın əməkdaşı Mahirin atası, prodüsser Anar Mədətovla yenidən əlaqə yaradıb. O baş vermiş hadisənin detalları haqqında danışaraq, bunları söyləyib.

"Xocasəndə hamı bilir ki, bizim evimiz 24 saat mühafizə polisi tərəfində mühafizə olunur. Mən Binəqədi rayonunun mühafizə polisinin rəisi ilə əlaqə saxladım. Onlar mənə bildirdilər ki, oğurluq hadisəsi baş verən zamanı ev mühafizə olunmayıb. Elə bu səbəbdən də oğrular rahat şəkildə evə giriblər. Hazırda isə cinayyətkarın tapılması istiqamətində ciddi araşdırmalar aparılır. Bu hadisənin necə və hansı şəraitdə baş verməsi isə müəmmalıdır".

Anar həmin evin ona məxsus olduğunu bildirsədə, həmin evdə eks həyat yoldaşı Elnurə Mədətova ilə uşaqlarının yaşadığını söylədi.

"Evi mən öz zəhmətim bahasına tikib, qurmuşam. Hazırda isə orada eks həyat yoldaşım və uşaqlarım yaşayır. Fevral ayının 15-də mən evi tərk etmişəm. O müddətdən bu yana evdən heç bir xəbərim olmayıb".

Qeyd edək ki, məşhur futbolçu Mahir Emrelinin Sulutəpə qəsəbəsində yaşadığı evdən 20 min dollar, 17 min manat, mobil telefonlar və beş min manatlıq qızıl əşyaları (ümumilikdə 60 min manatlıq) oğurlanıb.

Rəşad Əliyev