Azərbaycanlı məktəbli Avropa çempionu oldu

Azərbaycanlı məktəbli Avropa çempionu oldu
11:45 11-09-2019 | icon 43

Paytaxt məktəblisi Avropa çempionatından qalibiyyətlə qayıdıb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 183 nömrəli tam orta məktəbin X sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb.

Gənclər və yeniyetmələr arasında kikboksun “WAKO” versiyası üzrə keçirilən Avropa çempionatında Ə.Əsədov 48 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Yarımfinal və final yarışlarında azərbaycanlı idmançı rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb. Qalib məktəbli qızıl medalla təltif olunub. 

İdmançının məşqçi müəllimi əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1 991 idmançı mübarizə aparıb.