Rusiyada ilin idmançısı seçildi - Bu, Həbib Nurməhəmmədov deyil

Rusiyada ilin idmançısı seçildi - Bu, Həbib Nurməhəmmədov deyil
11:25 11-09-2019 | icon 36

Rusiyanın GQ jurnalı bir neçə nominasiyada ölkənin ən yaxşılarını müəyyənləşdirib.

milletinsesi.info xəbər verir ki, idman sahəsində bu, ABŞ-ın "Vaşinqton Kapitalz" hokkey klubunun kapitanı Aleksandr Oveçkin olub.

Halbuki Rusiyada ilin idmançısı olmağa namizədlər arasında Həbib Nurməhəmmədov (MMA), Pavel Kulijnikov (buzüstə sürətli konkisürmə), Yevgeni Klimov (xizəklə atlama) və Karen Xaçanov (tennis) kimi idmançılar vardı.