Peşə məktəblərinə qəbulla bağlı narazılığı olanların nəzərinə

Peşə məktəblərinə qəbulla bağlı narazılığı olanların nəzərinə
10:20 11-09-2019 | icon 29

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apellyasiya Komissiyası fəaliyyətə başlayıb.

Komissiya 18 nömrəli Bakı Peşə Liseyində (Binəqədi rayonu, Heydər Hüseynov küç. 17A) şikayətləri dinləyəcək.  

Apellyasiya Komissiyasına saat 10:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və təhsil haqqında sənədi təqdim etməklə müraciət etmək mümkündür. Komissiya işini sentyabrın 13-də yekunlaşdıracaq. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb.

Avqustun 5-dək 20-dək keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib.