Timatinin "dislike" "rekord"u qıran klipi "Youtube"dan silindi

Timatinin "dislike" "rekord"u qıran klipi "Youtube"dan silindi
13:35 10-09-2019 | icon 29

Rusiyanın məşhur repçisi Timati həmkarı Qaf ilə birlikdə lentə aldığı klipini gözlənilmədən "Youtube" videoplatformasından silib.

milletinsesi.info xəbər verir ki, sosial şəbəkələrdəki mənfi rəyləri görən sənətçi bu addımı atmaq qərarına gəlib.

Belə ki, ekran işinin premyerası 7 sentyabr Şəhər Günündə baş tutub. 

"Mitinqlərə getmirəm" və "Sobyaninin sağlamlığı üçün burgeri yemirəm" sətirlərinə görə sənətçilər məkrli olmaqda ittiham olunublar. 

İki gün ərzində klip bir milyondan çox dislike toplayıb. Bu, Rusiya üzrə "YouTube"da rekord göstərici sayılıb.

Qaf isə öz növbəsində mahnıya və klipə görə izləyicilərdən üzr istəyib. O, siyasi məsələlərdən xəbərdar olmadığını bildirib. 

Rəşad Əliyev