Azərbaycanda daha bir gəlin itkin düşdü

Azərbaycanda daha bir gəlin itkin düşdü
12:45 10-09-2019 | icon 33

Lənkəranda 30 yaşlı gəlin itkin düşüb. 

milletinsesi.info-ın məlumatına görə, Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib. 

O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.