Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT
12:25 10-09-2019 | icon 40

Masallı Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavinliyinə yeni təyinat olub.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Anar Xəlilov bu vəzifəyə təyin edilib.

A.Xəlilov bu təyinata qədər Masallı RPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb. 

Qeyd edək ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev xəbəri milletinsesi.info-a təsdiqləyib.