Allahşükür Paşazadə qan verdi

Allahşükür Paşazadə qan verdi
11:35 10-09-2019 | icon 43

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə və ailə üzvləri Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

milletinsesi.info-ın məlumatına görə, qanvermədə QMİ sədri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, deputat Səməd Seyidov və digər şəxslər, dini icmaların rəhbərləri də iştirak edib.

Jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib ki, illər keçməsinə baxmayaraq, Azərbaycanda hələ də Aşura günü ənənəsi yaşadılır. Ancaq zəncirvurma, başyarma, qançıxarma məsələləri halları bəyənilmirdi.

Şeyxülislam bildirib ki, buna görə qərara gəlindi ki, bunların əvəzinə qanvermə aksiyası keçirilsin: “Qanvermə aksiyasında öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir”.

Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində də qanvermə aksiyası keçirilir:

“Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə geniş vüsət alıb. Hesab edirəm ki, bu savablı işdir. Vətən uğrunda şəhid olan bütün şəhidlərimizə də baş sağlığı diləyirəm”.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Aşura günü 28 şəhər və rayon üzrə 32 yerdə qanvermə aksiyası keçirilir. Aksiyalar saat 09:00-dan başlayıb.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, eyni zamanda, qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.