Azərbaycanda yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlandı

Azərbaycanda yeniyetmələrin törətdiyi cinayətlərin sayı açıqlandı
18:40 09-09-2019 | icon 40

2018-ci ildə Azərbaycanda 14-17 yaşda uşaqlar tərəfindən və ya onların iştirakı ilə 455 cinayət törədilib.

milletinsesi.info-ın məlumatına görə, bu rəqəm 2017-ci illə müqayisədə azdır.

Belə ki, 2017-ci ildə belə cinayətlərin sayı 532 olub.

Yeniyetmələrin daha çox törətdiyi cinayətlər isə oğurluqdur.

2017-ci ildə 14-17 yaşlı yeniyetmələr tərəfindən 367 oğurluq halı qeydə alınıb. 2018-ci ildə isə bu rəqəm 292 olub.