Qanazlığından əziyyət çəkən uşaqların sayı açıqlandı

Qanazlığından əziyyət çəkən uşaqların sayı açıqlandı
11:20 09-09-2019 | icon 36

Hazırda dünyada 159 milyon uşaq qanazlığından əziyyət çəkir.

milletinsesi.info-ın məlumatına görə, bunu UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin unun effektiv zənginləşdirilməsi üçün potensialın artırılması üzrə keçirilən regional seminarda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, uşaqların çəkisinin həddindən artıq olması gələcəkdə sağlam həyat tərzi üçün ciddi təhlükələr yaradır:

"Bu yanlış uşağın fiziki quruluşuna deyil, həm də onların idrakının inkişafına da təsir edir. Beləliklə, onların növbəti mərhələlərində məhsuldarlıqlarına, həyat uzunluğuna və sözsüz ki, ölkələrə milyard dollarla ziyan vuran məsələdir. Avropa və Mərkəzi Asiya regionunda bu məsələlərlə gündəlik olaraq üzləşirik.

E.Karvardin qeyd edib ki, təqribi hesablamalara görə, dəmir çatışmazlığı Avropa və Mərkəzi Asiya regionunda beş yaşadək uşaqların 40 faizə qədərinin sağlamlığına və rifahına mənfi təsir göstərir: 

"Anemiya uşaqların məntiqi qabiliyyətini də azaldır. Bu da hər adambaşına iki dollar məhsuldarlığın itirilməsi deməkdir. Həmçinin, adambaşına təhsil xərcləri 14 dollara başa gəlir. Biz bu məsələni həll etməliyik.

Unun dəmir və digər mikronutriyentlərlə zənginləşdirilməsi qanazlığının rastgəlmə səviyyəsinin azaldılmasında özünü xərc baxımından ən səmərəli üsul kimi doğruldub".

UNİCEF-in nümayəndəsi əlavə edib ki, Avropa və Mərkəzi Asiyada hər üç hamilə qadından biri qanazlığından əziyyət çəkir ki, bu da həm ananın, həm də körpənin sağlamlığına birbaşa təsir göstərir.