Rəngarəng Hindistan Azərbaycanda - VİDEO

Rəngarəng Hindistan Azərbaycanda - VİDEO
13:35 08-09-2019 | icon 49

Bakıda Hindistan sərgisi keçirilir.

milletinsesi.info xəbər verir ki, avqustun 30-dan başlayan sərgidə Hindistan milli mətbəxinə aid ədvaları, zinət əşyalarını, ayaqqabıları, hind kosmetik məhsulları, əl işlərini görmək mümkündür.

Ticarət tədbiri Hindistan və Azərbaycan arasında olan qarşılıqlı əməkdaşlıq çərçivəsində təşkil olunub.

Burda olan milli geyimlər, milli rəqslər Hindistan mədəni irsini iştirakçılara göstərib.

Bunun nəticəsidir ki, sərgi insanların böyük marağına səbəb olub.

Qeyd edək ki, Hindistan sərgisi ölkəmizdə artıq 17-ci dəfədir ki, təşkil olunur.