General Vəzir Həsənov və oğlunun Avropadakı yeni biznes şəbəkəsi aşkarlandı

General Vəzir Həsənov və oğlunun Avropadakı yeni biznes şəbəkəsi aşkarlandı
11:04 08-09-2019 | icon 214

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun və oğlunun Cexiyada milyonluq biznes şəbəkəısi aşkarlayaraq sosial şəbəkələrdə paylaşıb.

FB_IMG_1567925560631

Milyonlarla qiymətləndirilən bu biznes şəbəkəsinin bir gömrük məmurunun hansı qazancla qurduğu bir sual olsada, əgər belə biznes varsa və gizli deyilsə niyə onu Azərbaycanda qurmadığı daha bir sualdır.

FB_IMG_1567925566679
Bu günlərdə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzovun kimlərinsə milyardları altlarına yığdığı və o pullarla nə etdiyi barədə dediyi fikirləri, bizim məmurların Azərbaycandan talayıb, Avropada yerləşdirdikləri var dövlətlərinin hansı təhlükə mənbəyi olduğunun göstəricisidir.

FB_IMG_1567925595415
Daha sonra Cavanşir Həsənli yazır: "Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev necə demişdir? Gömrükdə rüşvət olarsa, istefa verəcəm”

FB_IMG_1567925573479
Səfər Mehdiyevin diqqətinə rüşvət, monopoliya və korrupsiyadan uzaq bir gömrük məmurunun Avropa ölkələrinin birində tikdirdiyi 4 mərtbəli binadan ibarət 34 mənzili kompleksin, 10 dükandan ibarət 850 kvadrat metrlik ticarət mərkəzinin və 300 kvadrat metrlik restoranın çertyojlarını çatdırmaq istəyirəm.

FB_IMG_1567925578966

Belə aydan arı, sudan duru generalı olan gömrük şefi heç vaxt istefa verməz.

Bilirsiniz o kimdir? Sumqayıt baş gömrük idarəsinin rəisi həmin Vəzir Həsənov. Azərbaycanda gömrük generalı, Çexiyada məşhur biznesmen.
Bəlkə Dövlət Gömrük Komitəsinin rəhbəri buna inanmayacaq. Ona görə cənab Həsənovun şirkətinin linkini də əlavə edirəm ki, özü də baxsın.
http://hasansons.eu/rajhrad.html?fbclid=IwAR1irpOVz5Rw9P0N8Ez23Q5vRI0ILYILU2P5RMkPEmm8g08Gr6tnMC3XU-A"

Zəruri qeyd: Yada salamaq istəyirik ki, bu Sumqayıt Gömrük İdarəsinin rəisi Vəzir Həsənov haqqında mətbuatda gedən və təkzib olunmayan yeganə araşdırma deyil. Vəzir Həsnov haqqında gedən bəzi materialları sizə təqdim edirik:
https://legion.az/18223--beyler-eyyubovun-ad%C4%B1ndan-istifade-eden-vezir-hesenov-kimdir.html

http://www.miq.az/az/sumqayit-gmruk-idaresinin-reisi-dvleti-bele-talayir-vezir-hesenov-ve-olu-exiyaya-milyonlar-cixardib

FB_IMG_1567925599457

FB_IMG_1567925607634