Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə çıxarışlar yaxın günlərdə veriləcək

Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə çıxarışlar yaxın günlərdə veriləcək
17:29 05-09-2019 | icon 33

Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.