“Access Bank” “Qaramanlı”nı çökdürdü: 260 minlik zərbə – Video

“Access Bank” “Qaramanlı”nı çökdürdü: 260 minlik zərbə – Video
16:23 27-08-2019 | icon 350

“Qaramanlı” şirkəti istehsalatını dayandırmalı olub. Millətinsəsi.info xəbər verir ki, buna səbəb “Access Bank”olub.

Şirkət 2006-cı ildən 2016-ya kimi “Access Bank”la əməkdaşlıq edib. 2014-ci ildə kreditlər bağlanandan sonra məlum olub ki, şirkət tərəfindən banka külli-miqdarda əlavə ödənişlər olub.

“Qaramanlı” rəhbəri bildirir ki, qəbzlər əlimizdədir. Onun sözlərinə görə, 2017 və 2018-ci illərdə bank yalan vədlər verib, əlavə kreditlər veriləcəyinə söz verib.

“Biz artıq pul ödədiyimizi 2018-ci ildə bilmişik. Bu məbləğ 260 min dollar civarındadır və şəxsi hesablara ödənilib. Biz pulumuzu tələb edəndə bank bizə qarşı Qubadlı Rayon Məhkəməsində iddia qaldırıb. Saxta sənədlər ortaya qoyub”

Onun sözlərinə görə, “Access Bank”ın saxta iddiaları ucbatından istehsalat dayanıb: “Nə vaxt sahibkara dəstək olar, haqqı tapdanmaz, o zaman yenidən işimizi bərpa edərik”.

Daha ətraflı video materialdan izləyə bilərsiniz.