Sürücü marketə getdi: maşınını oğurladılar

Sürücü marketə getdi: maşınını oğurladılar
10:45 26-08-2019 | icon 61

Tovuz rayonunda oğurluq hadisəsi baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayon sakini Fuad Vəliyev "VAZ 2107" markalı avtomobilini sözügedən ərazidə saxlayıb, marketə girib.

F.Vəliyev qayıdanda maşını saxladığı yerdə görməyib. O, dərhal hadisə ilə bağlı polisə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.