Qubada itkin düşən kişinin meyiti tapıldı

Qubada itkin düşən kişinin meyiti tapıldı
09:15 26-08-2019 | icon 46

Quba rayonu, Tüləkəran kəndi yaxınlığındakı dağlıq ərazidə itkin düşən şəxsin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə cəlb olunan nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.