MMA döyüşçüsü 11 saniyəyə qalib gəldi - VİDEO

MMA döyüşçüsü 11 saniyəyə qalib gəldi - VİDEO
23:30 25-08-2019 | icon 82

Əslən İsraildən olan MMA döyüşçüsü Aviv Qozali "Bellator 225" turnirində belarus rəqibi Eduard Muravitskini 11 saniyəyə məğlub edib.

Döyüşün video çarxı təşkilatın "Twitter" səhifəsində yayımlanıb.

Kadrlardan da görünür ki, Qozali Muravitskinin dabanını ələ keçirərək ağrıdıcı fənd tətbiq edir. Eduard isə döyüşü davam etdirə bilmir. Beləcə, qarşılaşma turnir tarixinin ən qısa döyüşünə çevrilir.