Qonşular arasında dava düşdü: qadını döydülər

Qonşular arasında dava düşdü: qadını döydülər
23:10 25-08-2019 | icon 62

Gəncə şəhərində qonşular arasında dava düşüb.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə zamanı 1982 ci il təvəllüdlü Pənahova Pərvanə Fəxrəddin qızı döyülüb.

Qadın müxtəlif xəsarətlərlə Gəncə şəhərində yerləşən özəl xəstəxanalarından birinə gətirilib.

Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Qadını döyən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.