Yığmamızın çalışdırıcısı beynəlxalq federasiya tərəfindən "əməkdar məşqçi" adına layiq görüldü

Yığmamızın çalışdırıcısı beynəlxalq federasiya tərəfindən "əməkdar məşqçi" adına layiq görüldü
00:40 25-08-2019 | icon 54

Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaqvada (Nikaraqua) baş tutan iclasında Azərbaycanla əlaqədar daha bir qərar verilib.

milletinsesi.info xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə yığma komandasının baş məşqçisi Mariana Vasileva FIG tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub.  

Qeyd edək ki, bolqarıstanlı məşqçi 2008-ci ildən Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışır.

Onu da bildirək ki, daha əvvəl FIG 2022-ci il 11-13 mart tarixlərində Bakıda akrobatika gimnastikası üzrə dünya çempionatının keçirilməsinə qərar verib.

Səbuhi Musayev