Şəkidə güclü yanğınlar davam edir - FOTO

Şəkidə güclü yanğınlar davam edir - FOTO
22:00 24-08-2019 | icon 56

Şəkidə, Cunud və Baş Layısqı kəndlərinə yaxın ərazilərdə güclü yanğınlar baş verib.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki,rayonun Cunud və Baş Layısqı oəndlərinə yaxın olan ərazilərdə quru ot,kol-kos və bəzi yerlərdə ağaclar yanır.

Yanğın baş verən əraziyə Zaqatala,Qax və Şəki rayonlarindan yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb edilib.

Hazırda yanğın davam edir və yanğının Cunud kəndinə keçməməsi üçün mühafizə işləri görulür.

Yanğın təqribən 70 hektardan artıq ərazini əhatə edir.