Kadırov: Mən öləndən sonra adımı daşıyacaq kiçik bir məcsid tikərsiz

Kadırov: Mən öləndən sonra adımı daşıyacaq kiçik bir məcsid tikərsiz
19:35 24-08-2019 | icon 75

Çeçenistanın dövlət başçısı ölümündən sonra xalqın toplaşıb, onun xatirəsinə kiçik bir məscid tikməsini istəyir. 

Lenta.ru-nun yazdığına görə, Kadırov "Çeçnya seqodnya"ya müsahibəsində belə deyib.

Çeçen liderinin sözlərinə görə, respublika sakinləri Avropanın bir gün əvvəl açılmış ən böyük məcsidinə - "Müsəlmanların qüruru"na onun adını vermək istəyiblər: "Yalnız ən yaxın adamlar bilirdilər ki, məscid peyğəmbərimizin adını daşıyacaq".

Dövlət rəhbəri onu da əla və edib ki, ölümündən sonra onun adını daşıyacaq kiçik bir məcsid tikilməsini istərdi. 

Avqustun 23-də Çeşenistanın Şali şəhərində Avropanın ən böyük məcsidi ucaldılıb. Bina 30 min nəfər üçün nəzərdə tutulub, onun ərazisində isə eyni zamanda 70 min adam ibadət edə bilər. Onu da qeyd edək ki, Şalinin əhalisinin cəmi sayı 54 min nəfərdən bir qədər çoxdur.