Gəncədə 75 yaşlı qadın hovuzda boğuldu

Gəncədə 75 yaşlı qadın hovuzda boğuldu
10:35 24-08-2019 | icon 68

Gəncədə yaşlı qadın hovuzda boğulub.

milletinsesi.info-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakini, 1944-cü il təvəllüdlü Nafilə Məmmədova həyətyanı sahədəki su hovuzunda boğularaq ölüb.

Hadisə zamanı evdə onun yaxınlarından kimsə olmayıb.

Faktla bağlı araşdırma aparılır.