"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır

"Qarabağ" Şimali İrlandiya çempionu ilə mübarizəyə çıxır
10:45 22-08-2019 | icon 51

Bu gün UEFA Avropa Liqasının təsnifat mərhələsində 21 oyun keçiriləcək.

milletinsesi.info xəbər verir ki, 42 komanda turnirin pley-off mərhələsində qruplarda mübarizə aparmaq üçün ilk oyunlarına çıxacaq.

Bu komandalardan biri də "Qarabağ" olacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 22:45-də Şimali İrlandiyanın paytaxtı Belfastın "Uindzor Park" arenasında yerli çempion "Linfild"lə qarşılaşacaq.

Görüşü İsveçrədən olan Zandro Şerer idarə edəcək. Ona Ştefan de Almeyda, Bekim Zoqay və Fedayi San kömək etməyə çalışacaq.

Qeyd edək ki, cavab oyunu avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Səbuhi Musayev