Obamanın basketbol gödəkçəsi 120 min dollara satıldı

Obamanın basketbol gödəkçəsi 120 min dollara satıldı
02:55 21-08-2019 | icon 46

ABŞ-ın sabiq prezidenti Barak Obamanın basketbol gödəkçəsi 120 min dollara satılıb.

TASS xəbər verir ki, hərrac ötən həftənin istirahət günlərində ABŞ-da keçirilib.

Hərraca çıxarılan əşyalar sırasında Obamanın Honoluluda “Punaxo” məktəbində oxuduğu zaman basketbol oynadığı gödəkçə də çıxarılıb. O, 1979-cu ildə məktəbinə Havay ştatının çempionu adını qazanmağa kömək edib.

Hərrac nümayəndəsinin bildirdiyinə görə, gödəkçədən əlavə lota sahibinin orijinallığı təsdiq edən məktubu da daxil edilib. Lot 27 dərəcə yığaraq hərracın ən bahalısına çevrilib.

Gödəkçənin satışından əldə olunan gəlirin bir hissəsi Obamanın doğma məktəbinə göndəriləcək.