Yasamalda yanğın oldu, sakinlər təxliyyə edildi

Yasamalda yanğın oldu, sakinlər təxliyyə edildi
23:20 20-08-2019 | icon 72

Bakı şəhərinin Yasamal rayonunda onaltımərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, binanın pilləkən qəfəsinin səkkizinci mərtəbəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və səkkizinci mərtəbədən onaltıncı mərtəbəyədək şaxtadan keçən elektrik kabelləri yanıb.

Yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Şaxtadan keçən kabellərin qalan hissəsi, elektrik sayğacları və mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.