Ana ilə oğlunu maşın vurdu

Ana ilə oğlunu maşın vurdu
22:35 20-08-2019 | icon 44

Bakının Qaradağ rayonunda ana ilə oğlunu yük maşını vurub.

milletinsesi.info-ın verdiyi xəbərə görə, rayon ərazisində hərəkətdə olan qoşqulu yük avtomobili 42 yaşlı Alina Vəliyeva və onun 8 yaşlı oğlu Aven Vəliyevi vurub.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.