Kürdəmirdə traktor yandı

Kürdəmirdə traktor yandı
22:15 20-08-2019 | icon 50

Kürdəmir rayonunun Xəlsə kəndində “Belarus” markalı traktor yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, traktor qoşqusunun yanar konstruksiyaları və qoşquya yığılan 4 ton ot bağlamasının 2,5 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.