Ceyms Bond silsiləsindən yeni filmin adı məlum oldu

Ceyms Bond silsiləsindən yeni filmin adı məlum oldu
21:55 20-08-2019 | icon 51

Ceyms Bond silsiləsindən çəkilən növbəti  filmin adı bəlli oldu. Ekran əsəri "Ölməyə vaxt yoxdur" adlanacaq.

Bu barədə məlumat film müəlliflərinin rəsmi səhifəsində əksini tapıb. Məlumatda deyilir: "Deniel Kreyq "Ölməyə vaxt yoxdur" filmində Agent 007 - Ceyms Bond roluna qayıdır".

Ekran əsərinin dünya premyerası gələn ilə - aprelin 2-nə təyin olunub.

Filmin rejissoru "Əsl xəfiyyə" serialı ilə məşhurlaşan Keri Fukunaqadır. Kreyqdən başqa filmdə Kristof Valts, Rami Malek, Lea Seydu, Ana de Armas və Reyf Fayns da rol alıb.