Doqquzqat paralimpiya çempionu masajçıya təcavüzdə günahlandırılır

Doqquzqat paralimpiya çempionu masajçıya təcavüzdə günahlandırılır
13:55 20-08-2019 | icon 54

Üzgüçülük üzrə doqquzqat paralimpiya çempionu Kris Holms qadın masajçıya təcavüzdə ittiham olunur.

milletinsesi.info xəbər verir ki, hazırda siyasətlə məşğul olan, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının 47 yaşlı üzvü Londondakı beşulduzlu hotellərdən birində masajçını zorlama üstündə məhkəmə qarşısına çıxıb.

Hadisə martın 7-də baş verib. Təqsirləndirilən şəxsin yalnız vəkili danışıb. Onun özü isə adını, doğum tarixini və milliyyətini bildirməklə kifayətlənib. Holmsun növbəti məhkəmə işi sentyabrın 30-da baş tutacaq.

Qeyd edək ki, görmə məhdudiyyətli K.Holms 1992-ci il Barselona Paralimpiya Oyunlarında altı, 1996-cı il Atlanta Paralimpiya Oyunlarında üç qızıl medal qazanıb. O, karyerası ərzində 35 dünya rekordu qırıb.

Səbuhi Musayev