Azərbaycanı dünya çempionatında bir üzgüçü təmsil edəcək

Azərbaycanı dünya çempionatında bir üzgüçü təmsil edəcək
13:20 20-08-2019 | icon 39

Bu gündən etibarən Macarıstanın paytaxtı Budapeştdə gənc üzgüçülər arasında VII dünya çempionatı start götürüb.

milletinsesi.info xəbər verir ki, avqustun 25-nə qədər davam edəcək dünya çempionatında Azərbaycanı bir idmançı təmsil edəcək.

Bu, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana iki bürünc medal qazandırmış Fatimə Alkərəmovadır. 17 yaşlı idmançı 50, 100, 200 və 400 metr məsafələrə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaq.

Qeyd edək ki, F.Alkərəmova iyulda Kazanda keçirilmiş gənclərin Avropa çempionatında 800 metr məsafəyə sərbəst üsulla yarışda finişə 9 dəqiqə 20,64 saniyəyə çatıb. O, bu nəticə ilə sonuncu – 25-ci olub.

Səbuhi Musayev