Poqba İngiltərədə "ən pis"lərin siyahısında - VİDEO

Poqba İngiltərədə "ən pis"lərin siyahısında -  VİDEO
12:45 20-08-2019 | icon 74

Fransa millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının tarixində ən pis penalti vuran futbolçuların siyahısına düşüb.

milletinsesi.info xəbər verir ki, o, dünən İngiltərə Premyer Liqasının II turunun son görüşü olan "Vulverhempton" – "Mançester Yunayted" (1:1) matçının 68-ci dəqisəsində penaltini dəqiq yerinə yetirə bilməyib.

Bununla da 26 yaşlı mərkəz yarımmüdafiəçisi minimum 10 penalti zərbəsi vuran futbolçuların siyahısında altıncı futbolçu olub. O, 11 penaltidən indiyədək yeddisini icra edə bilib.

Maraq üçün qeyd edək ki, siyahının başında "Aston Vila"nın sabiq kolumbiyalı hücumçusu Xuan Pablo Anxel durur. Sabiq futbolçunun 10 zərbəsindən yalnız beşi qol olub. İkinci sırada "Mançester Siti"nin futbolçusu Riyad Marez gedir. Əlcəzair millisinin yarımmüdafiəçisi 12 zərbədən yeddisini qola çevirə bilib.

Səbuhi Musayev