Şabranda əlillərin binasında yanğın

Şabranda əlillərin binasında yanğın
12:20 20-08-2019 | icon 67

Şabranda dördmərtəbəli binada yanğın baş verib.

milletinsesi.info-ın bölgə müxbirinin verdiyi xəbərə görə, elektrik qutusundan başlayan yanğın yaşayış binasını qara tüstüyə bürüyüb.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib. Xəsarət alanların olub-olmadığı barədə əlavə məlumat yoxdur. 

Qeyd edək ki, yaşayış binası əlillər üçün tikilib.