“Neftçi” üçün ölüm-qalım mübarizəsi

“Neftçi” üçün ölüm-qalım mübarizəsi
09:20 15-08-2019 | icon 25

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün cavab oyununa çıxacaq.

milletinsesi.info xəbər verir ki, doğma meydanda baş tutan ilk oyunda İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçəyə razı olan “ağ-qaralar”ın işi çətindir. 

Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsrail klubu bu qarşılaşmaya beş müdafiəçi ilə çıxacaq. Çünki 0:0 və 1:1 hesablı heç-heçə “Bney Yehuda”nı “pley-off” mərhələsinə daşıyacaq. 

“Pley-off”da bu cütün qalibi “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) oyunun qalibi ilə qarşılaşacaq. İlk oyunda İsveç təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Samir İsayev