Mane Superkubokun ən yaxşı futbolçusu seçildi

Mane Superkubokun ən yaxşı futbolçusu seçildi
05:35 15-08-2019 | icon 28

UEFA Superkubokunun ən yaxşı oyunçusu məlum olub.

milletinsesi.info xəbər verir ki, bu adı “Liverpul” klubunun hücumçusu Sadio Mane qazanıb.

O, İstanbulda keçirilən UEFA Superkuboku uğrunda “Liverpul”-“Çelsi” qarşılaşmasında 2 qola imza atıb.

Mane həmçinin Superkubokda qol vuran ilk seneqallı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Liverpul” əsas vaxtı 2:2 başa çatan görüşdə penalti seriyasında qələbə qazanıb.

Səbuhi Musayev