“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı

“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı
16:23 14-08-2019 | icon 299

Avqustun 13-də Ukrayna Energetika Birjası (UEB) təbii qaz üzrə keçirilmiş GAS-130819-14 saylı hərracları dayandırıb. AFN.az xəbər verir ki, buna səbəb hərrac sessiyası nəticəsində iştirakçılar tərəfindən qiymət səviyyəsinin məqsədyönlü artırtılması kimi təsnif edilmiş fəaliyyət, əlbir olma və manipulyasiya etmək məqsədi ilə qiymətlərə süni təsir etmək cəhdlərinin aşkarlanmasıdır.

Ukrayna Energetika Birjası  (UEB)  birjada manipulyasiyanı həyata keçirməyə imkan verməyən bir sıra qabaqlayıcı və operativ tədbirlər görür. Belə ki, ötən gün təbii qaz üzrə keçirilmiş hərraclar zamanı Birjanın təhlükəsizlik xidmətinin hərrac administratoru aşkarlayıb ki, hərracın iki iştirakçısı – “SOCAR Ukrayna” ticarət evi MMC və “Mərkəzi qaz təchizatçı şirkəti” MMC lotlardan biri üzrə “Naftoqaz treydinq” qaz tədarük şirkəti MMC-yə satışda qiymətin növbəli artırılması ilə bağlı razılaşdırılmış məqsədyönlü fəaliyyət həyata keçiriblər. Alıcıların bu cür fəaliyyətləri nəticəsində təbii qazın qiyməti başlanğıc qiymətlə müqayisədə 34,8% arta bilərdi, satıcının qalan lotlarını isə reallaşdırmaq mümkün olmazdı. Birja tərəfindən Qaydaların 13.2.1 bəndi əsasında hərraclar dayandırılıb, bu barədə “Birja elektron ticarət sistemi”nə məlumat verilib. 

Şəffaf rəqabətli bazar olan Ukrayna Energetika Birjası (UEB) mütəşəkkil ticarətin Avropa qaydalarına və prinsiplərinə ciddi sadiq qalır. Bazarı manipulyasiya etməklə bağlı istənilən cəhdin qarşısı dərhal alınacaq, onun təşkilatçılarına isə müvafiq sanksiyalar tətbiq ediləcək.

Aparılmış daxili yoxlama nəticəsində təsdiq edilib ki, alıcıların fəaliyyəti həqiqətən də bazara manipulyasiya etmək və birja hərraclarını etibardan salmaq məqsədi güdən bilərəkdən hərəkətlər xarakteri daşıyıb. Buna görə də Birja Qaydaların 13.2.1. bəndi ilə nəzərdə tutulmiş sanksiyalar, yəni “SOCAR Ukrayna” ticarət evi MMC və “Mərkəzi qaz təchizatçı şirkəti” MMC-nin birja hərraclarına girişdən 60 (altmış) təqvim günü müvəqqəti mərhum edilməsi və Qaydaların 13.2.4. bəndi ilə nəzərdə tutulmuş sanksiyalar, yəni cərimənin hesablanması tətbiq edilib. Qiymətə manipulyasiyanın tətbiq edildiyi lot üzrə hərracların nəticələri ləğv edilib. 

“SOCAR Ukrayna” manipulyasiya cəhdinə görə hərraclardan uzaqlaşdırıldı

UEB-in Birja Komitəsinin sədri Aleksey vəziyyəti şərh edərkən deyib ki, iştirakçıların bazarlarda düzgün oynamamağa cəhd etməsi ilə bağlı tək-tük hallar olmur: “Lakin xatırlamaq lazımdır ki, birja şəffaf mütəşəkkil bazardır və o, vahid qaydalar əsasında fəaliyyət göstərir. Bazar iştirakçıları birjada akkreditasiyadan keçəndə onları yerinə yetirməyi üzərlərinə götürüblər. Kiçik firma, yaxud dünya trendi olması önəm kəsb etmir, qaydalar hamı üçün eynidir. UEB bazar qiymətlərinin mənbəyidir və Ukrayna Nazirlər Kabinetinin 485 saylı qərarına uyğun olaraq, əhali üçün qazın qiymətini müəyyənləşdirəndə UEB-in kotirovkaları nəzərə alınır, buna görə də biz maksimum dərəcədə sərt hərəkət edəcəyik. Üstəlik, belə halları tam aradan qaldırmaq üçün zəmanət ödənişinin səviyyəsinin artırılması üzrə də əlavə məhdudlaşdırıcı tədbirlər görəcəyik. Qoy, bu, sanksiya tətbiq etdiyimiz şirkətlər üçün ilk və sonuncu xəbərdarlıq, qalan iştirakçılar üçün isə dərs olsun”.

UEB bu məlumatla Qaydaların 17.13. bəndinə uyğun olaraq hərrac iştirakçıları tərəfindən öz öhdəliklərinə əməl etməmək faktları haqqında informasiyanı üzə çıxarmaq hüququnu reallaşdırır.

Qeyd edək ki, SOCAR-ın Kiyevdəki nümayəndəliyinin başçısı Elçin Məmmədovdur. 

Mənbə AFN.az