Yaponiyada istilər davam edir: 23 nəfər öldü, 12 mindən çox zərər çəkdi

Yaponiyada istilər davam edir: 23 nəfər öldü, 12 mindən çox zərər çəkdi
07:55 14-08-2019 | icon 32

Yaponiyada son bir həftə ərzində sərt istidən 23 nəfər ölüb, 12, 7 min insan xəstəxanaya düşüb.

RİA Novosti” xəbər verir ki, ölkənin Baş yanğından mühafizə idarəsi avqustun 5-11-nə olan hesabatı ilə bölüşüb.

Ən çox zərər çekən paytaxt Tokioda qeydə alınıb – 1460 nəfər.

Ekspertlərin bildirdiyinə görə, yüksək hava temperaturu hələ iki həftə davam edəcək. Bununla əlaqədar əhaliyə küçələrdə az gəzməyə, sudan və kondisionerlərdən istifadə etməyə məsləhət görülür.