Mikrorayonda bədbəxt hadisə: iki yaşlı uşaq dördüncü mərtəbədən yıxıldı

03:10 14-08-2019
|
103

Nəsimi rayonunda iki yaşlı uşaq binadan yıxılaraq xəsarət alıb.
milletinsesi.info xəbər verir ki, hadisə 4-cü mikrorayon ərazisində, Mircəlal küçəsi 4 ünvanında baş verib.
2017-ci il təvəllüdlü İsgəndərova Səma Coşqun qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.