Sürücünün fikri yayındı, “Opel” qırmızı işıqda “Chevrolet”ə çırpıldı - FOTO

Sürücünün fikri yayındı, “Opel” qırmızı işıqda “Chevrolet”ə çırpıldı - FOTO
01:50 14-08-2019 | icon 35

Bakının Nəsimi rayonunda 2 avtomobil toqquşub.

milletinsesi.info xəbər verir ki, C.Məmmədquluzadə və Həsən Əliyev küçələrinin kəsişməsində baş verən qəzada “Opel” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, “Chevrolet” markalı avtomobil qırmızı işıqda dayanan zaman arxadan gələn “Opel” markalı avtomobilin sürücüsü Zaur Hüseynovun fikri yayındığından ona çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.