Messi Neymarı “Real”a keçməyə qoymur

Messi Neymarı “Real”a keçməyə qoymur
01:05 14-08-2019 | icon 43

Messi Neymarın “Real Madrid”in təklifini qəbul etməməsi üçün hər şey edir.

Marca.com-un məlumatına görə, Messi hətta braziliyalı həmkarına zəng edərək, ondan “Real”ın daha sərfəli təklifindən imtina etməyi xahiş edib.

“Real Madrid” Neymarın transferi məsələsini “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın keçidi ilə bağlı uğursuzluqdan sonra qaldırıb.

Hazırda Neymarın yenidən “Barselona”ya qayıtması gündəmdə olsa da, buna inananların sayı elə də çox deyil. Çünki “Barselona” bu il transferlərə yüksək məbləğ xərcləməmək qərarına gəlib.

Qeyd edək ki, Neymar “Barselona”dan PSJ-yə 2017-ci ildə rekord məbləğə - 222 milyon avroya keçmişdi.