Samuxda bədbəxt hadisə: hovuza düşən azyaşlı xəstəxanada öldü

Samuxda bədbəxt hadisə: hovuza düşən azyaşlı xəstəxanada öldü
00:20 14-08-2019 | icon 197

Avqustun 12-də Samux rayonunda hovuza düşərək boğulan uşaq ölüb.

milletinsesi.info-ın bölgə müxbirinin məlumatına görə, rayonun Sərkar kənd sakini, 2014-cü il təvəllüdlü Həsənli Zeyid həyətlərindəki hovuza düşərək boğulmuşdu.

Hadisədən dərhal sonra özəl xəstəxanalardan birinə yerləşdirilən azyaşlı vəfat edib.

Samux rayon Polis İdarəsində hadisənin təfərrüatları araşdırılır.