Sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun Bakıda "obkyekt"-i tapıldı

Sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun Bakıda "obkyekt"-i tapıldı
17:43 13-08-2019 | icon 495

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli növbəti araşdırmasını Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədova həsr edib.

Müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli Facebook profilində yazır:

Bakının Babək prospekti 32K ünvanında Kerba Avto avtomobil ehtiyat hissələrinin satışı və təmir mərkəzi kimi fəaliyyət göstərən bu obyekt Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədova məxsusdur.

Obyekt keçmiş nazirin qardaşı oğlu Fuad Əhmədov Əvəz oğlunun adlna rəsmiləşdirilib.

Ötən ilin aprelində sahəsi 1093,9 kv metr olan obyektin tikintisinə ikimərtəbəli olmaqla icazə verilib, lakin sabiq nazir onun bir qismini qeyri-qanuni daha bir mərtəbə artırıb.

Ümümiyyətlə, Əhməd Əhmədovun Bakıdakı biznesini əsasən onun qardaşı Əvəz Əhmədov və qardaşı oğlu Fuad Əhmədov idarə edir.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

FB_IMG_1565703626359

FB_IMG_1565703620971

FB_IMG_1565703638506

FB_IMG_1565703644915